Logo

Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib - FOTOLAR

08.09.2022 10:39 510 baxış
IMG

Sentyabrın 7-də Qazax-Tovuz Regional Təhsil İdarəsinə daxil olan bölgələr üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Tehsil.biz xəbər verir ki, konfransda Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması sektorunun müdiri Fuad Qarayev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonunda çalışan təhsil işçiləri iştirak ediblər.

Tədbirdən öncə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev konfransın işinə uğurlar arzulayıb. 

Sonra Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması sektorunun müdiri Fuad Qarayev çıxış edərək ümumi təhsilin prioritet istiqamətlərini diqqətə çatdırıb, sertifikasiya, ümumi təhsilin təşkili, idarə olunması və digər məsələlər barədə məlumat verib. Yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunan Fuad Qarayev təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb. 

Konfransın sonunda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib və suallar cavablandırılıb.

Xəbər lenti