"Bağça müdirlərinin işə qəbulu müsabiqəsi oktyabrda keçirilə bilər".
Tehsil.biz xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
O bildirib ki, müsabiqə test və müsahibə mərhələsindən ibarət olacaq:
"Bununla məktəbəqədər təhsil müəssisələrinə rəhbər şəxslərin qəbul olunmasında da şəffaflığa nail olmaq istəyirik. Son bir ildə görülən işlər onu deməyə əsas verir ki, məktəbəqədər təhsilin inkişafında mühüm irəliləyişə nail olacağıq".
Şöbə müdiri qeyd edib ki, növbəti mərhələdə bağçalarda müəllim və direktorların diaqnostikası da aparılacaq.