Logo

ADAU-da əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədi ilə keçirilən növbəti təlim yekunlaşıb

08.09.2022 12:46 431 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) keyfiyyət siyasətinə uyğun olaraq əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədi ilə mütəmadi işlər görülür.

Tehsil.biz xəbər verir ki, bu istiqamətdə növbəti təlim Tədris şöbəsi və Keyfiyyət təminatı və strateji inkişaf şöbəsi tərəfindən Universitetin fakültə dekanları və dekan müavinləri arasında keçirilib. Təlim ali təhsil pilləsinin dövlət standartı və kredit sistemi ilə tədrisin təşkili, təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürməsi qaydaları, ali təhsildə daxili və xarici keyfiyyət təminatı, təhsil tələbə krediti modulları üzrə aparılıb.

Sonda təlim iştirakçılarının bilik və bacarıqlarının diaqnostikası aparılıb.

Xəbər lenti