Logo

Ekspertdən virusa yoluxan şagirdlərlə bağlı AÇIQLAMA

04.02.2021 13:36 906 baxış
IMG

“Məlumdur ki, fevral ayından etibarən dərslər başlanılıb və bu, əsasən ibtidai sinifləri əhatə edir. Təhsil nazirliyi hər gün müntəzəm olaraq məktəblərdə yoluxma halları ilə bağlı ümumi məlumatı ictimaiyyətə çatdırır. Yadınızdadırsa, sentyabr ayında da dərslər başlananda bu barədə məlumatlar hər gün təqdim olunurdu. Fikrimcə, burada başlıca məqsəd o demək deyil ki, insanları qorxu, panika altında saxlasınlar, əsasən burada məlumatların çatdırılmasında məqsəd bundan ibarətdir ki, insanlar sonra düşünməsinlər ki, yoluxma məktəblərdə ola bilməz”.

 

Bu fikirləri Tehsil.biz-ə açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib.

 

Onun sözlərinə görə, uşaq virusu gedib məktəbdə tapmır, çünki fevralın 1-i dərs başlayıb və artıq 2-3 fevral tarixlərində yoluxma faktları üzə çıxmaqdadır.

 

“Bildiyimiz kimi, yoluxma ən azı bir həftə, maksimum 14 gün ərzində demək olar ki, bu insanda virusun əlamətləri var və ya yoxdur. Onun üçün də faktiki yoluxan şagirdlər əsasən 10-15 gün bundan əvvəl virusa yoluxmuş ki, məktəbə gəldikləri zaman onların bədən tempraturları yoxlanıldıqda ilkin simptomlar müəyyən olunur”.

 

Ekspert bildirir ki, bunun əsasında müəyyən olunur ki, bu şəxslərdə artıq yoluxma faktı qeydə alınıb və qeyd edək ki, testin nəticəsi həmin günün deyil, dünənin nəticəsi kimi təqdim olunur.

 

“İnsanlarımızda qəribə fikir formalaşıb. Bir sıra vətəndaşlar dərslərin açılmasını, bəziləri isə deyir ki, qorxuram, dərslər açılmasın, distant təhsil daha yaxşıdır. Ənənəvi təhsil istənilən halda bərpa edilməlidir və valideynlər bunu açıq-aşkar bilməlidirlər. Çünki kiminsə ümumi təhsildən geri qalması dövlət maraqlarına ziddir. Açıqlanan statistikalar da ən azından valideynləri diqqıtli olmağa məcbur edir. Eyni zamanda buna hər bir valideyn müəyyən qaydalara əməl etməlidir ki, gələcəkdə yenidən qapanmaya getməyək”.

Xəbər lenti