Sentyabrın 8-də Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Tehsil.biz xəbər verir ki, konfransda Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması sektorunun müdiri Fuad Qarayev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Azər İbrahimov, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri Fuad Əliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev, Gəncə, Naftalan şəhər, Goranboy, Göygöl, Daşkəsən və Samux rayonlarında çalışan təhsil işçiləri iştirak ediblər.
Tədbirdən öncə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.