Logo

Paytaxt üzrə 14 000-ə yaxın valideyn elektron kabinet yaradıb

08.09.2022 15:44 367 baxış
IMG

Sentyabrın 8-nə (saat 15:30) olan məlumata əsasən, paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi (www.bq.edu.az) üzərindən 13 704 valideyn (qanuni nümayəndə) elektron kabinet yaradıb, 14 965 uşaq isə valideynlər tərəfindən şəxsi kabinetə qəbul edilib.

Tehsil.biz xəbər verir ki, 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə iyulun 18-dən etibarən  start verilib.

Valideyn (qanuni nümayəndə) tərəfindən yerləşdirilmiş növbələr 1 ay müddətində müraciət edilən məktəbəqədər təhsil müəssisəsində boş yerlər olduğu halda sorğuya çevriləcək. Valideyn (qanuni nümayəndə) sorğusu qəbul edildikdən sonra 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.

Elektron qeydiyyat sisteminin işi 15-21 sentyabr 2022-ci il tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.

Xəbər lenti