“Fevralın 15-dən Bakı, Abşeron və Sumqayıt şəhərlərində V-IX siniflərdə əyani tədris həftədə iki dəfə olmaqla bərpa ediləcək. Bununla bağlı tədris planları müəyyən olunaraq yerlərə göndərilib”.
Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev deyib.
Nazirlik rəsmisi bildirib ki, buraxılış fənləri olan əsas fənlər tədris olunacaq:
“Digər fənlər isə onlayn qaydada tədris olunacaq”.