Logo

Peşə məktəblərində dövlət büdcəsi hesabına qəbul planı bu il 12 faiz artıb

08.09.2022 16:18 432 baxış
IMG

"Bu il peşə təhsili müəssisələrində dövlət büdcəsi hesabına 16 min 40 yer nəzərdə tutulub. Bu, ötən illə müqayisədə 12 faiz artım deməkdir".

Tehsil.biz xəbər verir ki, bunu “Media və təhsil dialoqu” mövzusunda təlim-seminarda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifəsini icra edən Ceyhun Kərəmov deyib.

O bildirib ki, bu il ödənişli əsasla qəbul planı 7340 yerdir. Bu isə əvvəlki illə müqayisədə 3,5 faiz artımdır. Ümumilikdə plan yerlərinin sayı 23 min 380-dir. Beləliklə, ümumi plan yeri ötən illə müqayisədə 9 faiz artıb.

Xəbər lenti