Logo

İkili ixtisası olan müəllimlərin sertifikasiya qaydası açıqlanıb

08.09.2022 17:39 1451 baxış
IMG

İkili ixtisası olan müəllimlərin sertifikasiyasının hansı formada aparılacağına aydınlıq gətirilib.

Tehsil.biz xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda açıqlama verib.

O bildirib ki, həmin müəllimlərin bir fəndən sertifikasiyasını məqbul hesab edirik.

"Burada müəllimin hansı fəndən daha çox saat dərs dediyi nəzərə alınacaq. Bununla bağlı yerli idarələrdən məlumat alacağıq. Məsələn, müəllim riyaziyyatdan 18 və zəruri ehtiyaca görə informatikadan 2 saat dərs deyirsə, bu zaman sertifikasiyaya riyaziyyat fənni üzrə cəlb etmək daha uyğun olar. Amma saatlar bərabərdirsə və ya fərq o qədər də böyük deyilsə, seçim müəllimin ixtiyarına buraxıla bilər. Ola bilər ki, 5 ildən sonra da gəlib digər fənn üzrə sertifikasiyadan keçər".

Xəbər lenti