Logo

BANM-in tələbəsi ABŞ-də beynəlxalq simpoziumda iştirak edib

09.09.2022 01:33 537 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbəsi, Kəşfiyyat Geofizikləri Cəmiyyətinin (SEG) BANM bölməsinin üzvü Elnur Əskərov  ABŞ-də keçirilən beynəlxalq “Tələbə liderlik simpoziumu” və “SEG 2022 illik toplantısı”nda iştirak edib.

Tehsil.biz xəbət verir ki, o, bu beynəlxalq elmi tədbirlərdə tələbə bölmələrini və ölkələrini təmsil etmək üçün dünya üzrə qatılan 50 tələbədən biridir. BANM-in tələbəsi 2021-2022-ci il tədris ilində  aktiv fəaliyyətinə görə bu beynəlxalq proqrama qatılmaq şansı əldə edib.

Tədbirdə Elnur Əskərov SEG BANM bölməsinin fəaliyyəti ilə bağlı təqdimat edib.
Simpoziumda liderlik, problemlərin öhdəsindən gəlmə, qeyri-müəyyənlik kimi mövzularda “Chevron” transmilli şirkətinin peşəkar mühəndisləri tərəfindən təlimlər keçirilib.

Elnur Əskərov həmçinin Hyuston  şəhərində keçirilən “Beynəlxalq Geologiya və Enerji” (IMAGE - International Meeting for applied geoscience and energy) konfransında iştirak edib. BANM tələbəsi, eyni zamanda geofizika sahəsi və neft-qaz sənayesinə aid yeni texnologiyaların nümayiş olunduğu sərgi və müxtəlif ölkələrdən olan professor və geofiziklərin panel sessiyalarına qatılıb.

Xəbər lenti