Logo

"Media və təhsil dialoqu" təlim-seminarının ikinci günü

09.09.2022 10:42 403 baxış
IMG

Sentyabrın 9-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün təşkil edilən "Media və təhsil dialoqu" mövzusunda təlim-seminarın ikinci gününə start verilib.

Tehsil.biz xəbər verir ki, təlimin məqsədi təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və təhsil sahəsi üzrə görülən işlər, yeniliklərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

Təlimin ikinci günündə xaricdə təhsil, təhsil tələbə krediti, dərsliklər və təhsil proqramları, məktəbdənkənar fəaliyyət, vətəndaş müraciətləri, əcnəbi tələbələr kimi mövzularda təqdimatlar nümayiş olunacaq.

Təlim öz işini davam etdirir.

Xəbər lenti