“Hazırda təhsil müəssisələrində çox az yoluxma var. Ona görə də, hələ ki, siniflərin distanta keçirilməsi halı yoxdur”.
Tehsil.biz xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev deyib.
O qeyd edib ki, koronavirus testi müsbət nəticələnən şagird və ya təhsil işçisi dərhal özünütəcrid edir. Həmçinin onlarla təmasda olanlar da təcrid olunurlar: “Əgər sinifdə şagirdlərin yoluxma sayı çoxdursa, həmin sinif distanta keçirilir. Məktəbdə yoluxma çoxdursa, məktəb distant təhsilə cəlb edilir. Bu məsələ yenə də gündəmdədir. Lakin hazırda çox az yoluxma var. Hələ ki, siniflərin distanta keçirilməsi halı yoxdur”.