Logo

Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər - Habil Əliyev ölüm anında ağlaya-ağlaya nəyi etiraf etdi?

09.09.2022 13:44 498 baxış
IMG

Kulis.az böyük kamança ustası, Xalq artisti Habil Əliyevin haqqında 10 maraqlı faktı təqdim edir.

1. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri dahi Paqanininin ifaçılığı ilə müqayisə edirlər.

2. Xanəndə Yaqub Məmmədovla uşaqlıq dostu olublar. Müharibədən sonrakı aclıq illərində qapı-qapı düşüb konsert verir, pul yığıb ailələrini dolandırırmışlar. Camaat danışırmış ki, iki qaraçı uşağı var, yaman qəşəng çalıb oxuyurlar.

***

8. Ömrünün son günlərində səsi batır, çətin danışır. Bir gün televizorda hansısa kanalda onun yaradıcılıq gecəsi keçirilir. Öz ifasında "Zabul segah"ı verirlər. Habil Əliyev öz çalğısına baxır və gözündən yaş axır. Daha sonra həyat yoldaşına tərəf çevrilib pıçıltıyla deyir: "Şərqiyyə, belə çalğı bir də heç vaxt olmayacaq".

9. Ermənilər Habilin kamançada tapdığı səsi itirdirlər. O, müsahibələrinin birində bu haqda deyir: “Mənim kamançama erməni ustaları xəyanət elədi. Birinə etibar elədim, kamanı verdim ki, üzünün dərisini dəyişdirib gətirsin. İçini açıb, çanağını yonmuşdu. Soruşanda dedilər, səsi yaxşı çıxsın deyə belə eləmişik. Amma mən çala bilməyim deyə qəsdən eləmişdilər. Ondan sonra bir az kamandan uzaqlaşdım. Rəhmətlik Əhsən müəllimlə (Əhsən Dadaşov – red.) Hindistanda bir yerdə idik. Möhkəm ağladım. O dedi, darıxma, gedib birini də düzəltdirərsən. Dedim, ağac da çoxdur, kamança da çoxdur, amma mən o səsi itirdim. O, mənim ürəyimin səsi idi. Kaman istidən partlamışdı. Oranın istisi dəhşət olur. Avtobusla 300 km-lik yol gedirdik. SSRİ zamanı idi. Azərbaycandan gedən sənətkarlara qayğı göstərən kim idi? Hamısı ruslar idi. Bir qab buz qoymuşdular ki, dəhşətli istiyə dözə bilək. Konserti birtəhər yola verdim. Amma özüm kimi çalmadım".

10. Habil Əliyevə qədər Bakıda ən məşhur müğənniləri erməni kamança ifaçıları müşayiət edirdi. O, gələndən sonra vəziyyət dəyişdi. Habil kamançanı ermənilərin əlindən aldı! Qarabağ münaqişəsi başlayandan sonra ermənilərin kamança alətini özününküləşdirmək təşəbbüsü daha geniş vüsət aldı. Bu hadisələri həssaslıqla izləyən Habil Əliyev çox müdrik bir söz söyləmişdi: “Məndən yaxşı çalsınlar, kamança olsun onların!” Bu isə mümkün deyildi! Habillə düşmənçiliklərinin kökündə də elə bu fakt dayanırdı.

Xəbər lenti