Logo

"Media və təhsil dialoqu" mövzusunda təlim-seminar başa çatıb

09.09.2022 16:34 468 baxış
IMG

Sentyabrın 9-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün təşkil edilən "Media və təhsil dialoqu" mövzusunda təlim-seminar başa çatıb.

Tehsil.biz xəbər verir ki, təlimdə Regional təhsil idarələrinin, eləcə də tabe qurumların PR əməkdaşları da iştirak ediblər.

Təlimin birinci günündə elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov "Təhsilin İnkişafı Fondunun fəaliyyət istiqamətləri", Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev "Regional təhsil idarələri və məktəbəqədər təhsil müəssisələri", Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini icra edən Ceyhun Kərəmov "Peşə təhsilindən gözləntilər", İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli "Müəllimlərin işə qəbulu prosesi", elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli "Elm və ali təhsil sahəsində yeni addımlar", İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov "Ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi" mövzularında təqdimatlarla çıxış ediblər.

Təlimin ikinci günündə "2019-2023 Dövlət Proqramı" İdarəetmə Qrupunun rəhbəri Turan Topalova "Xaricdə təhsil üzrə Dövlət proqramları", Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev "Təhsil tələbə kreditləri: ali təhsilə əlçatanlıq", Təhsil İnstitutunun direktoru Rüfət Əzizov "Təhsil İnstitutunun tədqiqat nəticələri; Dərsliklər və təhsil proqramları", İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev "Elm və Təhsil Nazirliyinə daxil olan vətəndaş müraciətlərinə baxılması", Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin İdman sektorunun müdiri Hilal Salmanov "Məktəbdənkənar fəaliyyət: məktəblilərin idman sahəsində nailiyyətləri" və Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil və əcnəbilərlə iş sektorunun müdiri Müjdat Həsənov "Hökumətlərarası Təqaüd Proqramları və əcnəbilər" mövzuları ilə bağlı təqdimatlarını diqqətə çatdırıblar.

Təqdimatlardan sonra jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.

Təlim çərçivəsində iştirakçılar arasında intellektual oyun təşkil edilib, qaliblər mükafatlandırılıb.

Qeyd edək ki, ikigünlük təlimin məqsədi təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və təhsil sahəsi üzrə görülən işlər, yeniliklərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

Xəbər lenti