Logo

ADPU Təhsil ixtisası üzrə magistraturada beynəlxalq ikili Diplom Proqramı elan edir

04.02.2021 20:00 1403 baxış
IMG

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universiteti (CVU) arasındakı sazişə əsasən növbəti tədris ili üçün magistraturada beynəlxalq ikili diplom proqramı elan olunur.

 

Tədris ili: 2021/2022

 

Hədəf: Ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, təhsilin idarəedilməsi sahəsində Azərbaycanda yeni nəsil mütəxəssislər yetişdirmək, bu sahədə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirmək

 

Təhsil səviyyəsi: Magistratura

 

İxtisas: 1. CVU-nun verəcəyi ixtisasın adı: Təhsil və insan inkişafı: Təhsil siyasəti və liderlik;

 

2. ADPU-nun verəcəyi ixtisasın adı: Menecment (təhsilin təşkili və idarəolunması)

 

Proqram məzunları sahib olacaq:

 

-Təhsil sahəsində siyasi təhlil və inkişaf proqramlarını hazırlamaq;

 

-Mövcud layihələri tədqiqat alətləri ilə qiymətləndirmək;

 

-Beynəlxalq təcrübəni öyrənmək.

 

İlkin kvota: 25 nəfər

 

Tədris dili: ingilis dili

 

Müddət: 2 il

 

Proqram üzrə əsas sahələr:

 

Liderlik və menecment, tədqiqat, beynəlxalq təhsil, siyasi təhlil və inkişaf proqramları.

 

Təhsilalanların maliyyələşdirilən xərcləri:

 

-təhsil haqqı;

 

-qeydiyyat xərci;

 

-tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri.

 

İlkin seçim meyarları:

 

– Tələbələrin seçimi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının (magistratura) nəticələri əsasında tərəflər aparırlar;

 

– Müsabiqədə bakalavriat səviyyəsinin “Təhsil ixtisasları”, “Humanitar və sosial ixtisaslar”, “İqtisadiyyat və idarəetmə ixtisasları” və “Təbiət” ixtisasları qruplarında yer alan ixtisaslardan birini bitirən şəxslər iştirak edə bilərlər.

 

Son müraciət tarixi: 15.03.2021

 

Müraciət və tələb olunan sənədlər:

 

•2021/22-ci tədris ili üçün DİM tərəfindən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul üçün keçirilən imtahanın nəticəsində həmin qurum tərəfindən müəyyən edilmiş keçid balını toplamaq;

 

•Aşağıda göstərilən sənədləri müvafiq qaydada aidiyyəti üzrə təqdim etmək;

 

-CV;

 

-Şəxsiyyət vəsiqəsinin surəti;

 

-Motivasiya məktubu: 250-500 sözlük məktubda Corc Vaşinqton Universiteti ilə birgə təşkil edilən bu beynəlxalq ikili diplom proqramında magistr təhsili almaqda məqsədiniz, akademik hədəfləriniz, tədqiqat maraqlarınız və karyera planlarınız təsvir edilməlidir. Bununla yanaşı, müraciət formasında qeyd etmədiyiniz bakalavriat təhsili dövründə peşəkar və sosial fəailiyyətləriniz və bu kimi digər əhəmiyyətli naliyyətlərinizi göstərilməlidir.

 

-İngilis dili sertifikatları: IELTS 6.5 (hər bənd 6.0 və ya daha çox), TOEFL 80 bal (hər bir bənd üzrə 20 bal və daha çox) və Duolingo 110 bal;

 

-Bakalavriat diplomunun və ona əlavənin ingilis dilində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti (hazırda sonuncu ildə təhsilalanlar təhsil müəssisəsi tərəfindən verilmiş müvafiq arayış və ən son tarixli transkript/fənlər üzrə akademik göstəricilər);

 

-2 tövsiyə məktubu; -Müraciət forması (Formanı keçiddən yükləyin)

 

Qeyd 1: Müvafiq meyarlar üzrə sənədlərini təqdim etmiş şəxslər sırasından akademik göstəricilər (magistratura DİM balı, ingilis dili sertifikarı üzrə bal və bakalavriat səviyyəsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi) üzrə ilk 75 nəfərin namizədliyi növbəti mərhələ üçün təqdim ediləcəkdir;

 

Qeyd 2: Proqrama qeydiyyat zamanı namizəd iş nömrəsi (magistratura imtahanı) və şəxsi kabinetin istifadəçi adını (FİN) təqdim etməlidir.

 

Sənədlərin təqdim edilməsi və FAQ:

 

Proqramda iştirakla bağlı müvafiq müraciət tələb olunan sənədlərlə birgə elektron poçtla [email protected] ünvanına göndərilməlidir. FAQ/MVS-lə keçiddən tanış ola bilərsiniz. “2019-2023 Dövlət Proqramı” ilə bağlı suallar olduğu təqdirdə, isə [email protected] ünvanına göndərilməlidir.

 

Telefon: (012) 493 23 84

Xəbər lenti