Logo

“Rəqəmsal bacarıqlar” layihəsinə 300 min şagirdin cəlb olunacağı gözlənilir

12.09.2022 15:17 384 baxış
IMG

2022-2023-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi ölkəmizin 48 şəhər və rayonunu əhatə edəcək.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, layihəyə 418 məktəbin II-XI siniflərində təhsil alan 300 min şagirdin cəlb olunacağı gözlənilir. Tədris prosesində 2 mindən çox müəllimin iştirakı nəzərdə tutulub.

Layihə şagirdlərin proqramlaşdırma və alqoritmik biliklərinin artırılması ilə yanaşı, onların məqsədyönlü və məntiqi düşüncə tərzinə malik şəxslər kimi formalaşmasında böyük əhəmiyyət daşıyır.

Xəbər lenti