Logo

Goranboyda iki məktəbin açılışı olub - FOTOLAR

12.09.2022 17:33 641 baxış
IMG

Sentyabrın 12-də Goranboy rayonunda M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəb və F.Rüstəmov adına Tap kənd tam orta məktəb üçün yeni tikilmiş tədris binalarının açılış mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, açılış mərasimlərində elm və təhsil nazirinin müavini Muxtar Məmmədov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev iştirak edib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Tədbir iştirakçıları daha sonra hər iki məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.

Bildirilib ki, Goranboy rayon Tap kənd tam orta məktəbinin binası 204 şagird yerlikdir. İki mərtəbəli təhsil müəssisəsində 16 sinif otağı, 1 informatika kabineti, 3 laboratoriya, müəllim otağı, elektrik otağı, həkim otağı, 2 texniki otaq, 32 yerlik bufet, qəbul otağı, qarderob və 6 sanitar qovşağı müəllim və şagirdlərin ixtiyarına verilib.

Goranboy rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbinin binası isə 906 şagird yerlikdir. Üç mərtəbəli təhsil müəssisəsində 38 sinif otağı, 3 informatika kabineti, 4 laboratoriya, müəllim otağı, elektrik otağı, həkim otağı, 2 texniki otaq, 100 yerlik bufet, qəbul otağı, 380 yerlik akt zalı, qarderob və 21 sanitar qovşağı müəllim və şagirdlərin ixtiyarına verilib. Emalatxanada tədrisin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait yaradılıb.İdman zalı zəruri avadanlıqla təchiz olunub.

Xəbər lenti