Logo

ASAPES tələbəsi Dünya Çempionatında bürünc medal qazandı

12.09.2022 23:49 387 baxış
IMG

8-11 sentyabr 2022-ci il tarixlərində Özbəkistanın Namanqan şəhərində keçirilən kəmər güləşi üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) tələbəsi bürünc medal qazanıb.

Bu barədə "Tehsil.biz"ə ASAPES-dən məlumat verilib.

Bildirilib ki, ali məktəbin 129A7 qrup tələbəsi Ariz Hüseynov 62 kq çəki dərəcəsində bürünc medalın sahibi olub.

Xəbər lenti