Bakı Dövlət Universitetində (BDU) 2022-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul olmaq üçün ixtisas fənləri üzrə qəbul imtahanları və müsahibələr keçirilir.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
70 ixtisas üzrə imtahanlara Bakı Dövlət Universitetinə sənəd təqdim etmiş 136 nəfər (onlardan 36 nəfər əyani, 100 nəfər qiyabi doktorantura üzrə), müsahibələrə isə 5 nəfər (dissertantura üzrə), həmçinin AMEA-nın Hüquq və İnsan Haqları İnstitutundan BDU-ya köçürülmüş 5 nəfər (onlardan 3 nəfər əyani, 2 nəfər qiyabi doktorantura üzrə), müsahibələrə isə 2 nəfər (dissertantura üzrə) buraxılıb.
