Logo

ADU-da beynəlxalq imtahanlar üçün qeydiyyat aparılır

13.09.2022 14:45 449 baxış
IMG

Noyabrın 3-dək Azərbaycan Dillər Universitetinin (ADU) ECL İmtahan Mərkəzində alman dilinin B1 səviyyəsi üzrə beynəlxalq imtahanlar üçün qeydiyyat aparılacaq.

ADU-dan bildirilib ki, imtahanlar Təhsil 2 fakültəsinin nəzdində Xarici dillər kafedrasının müdiri dosent Aida Sobor və Beynəlxalq münasibətlər fakültəsinin nəzdində Xarici dillər kafedrasının dosenti Qönçə Abdulrəhimova tərəfindən koordinasiya ediləcək.

İmtahanlardan uğurla keçən şəxslər beynəlxalq sertifikatlarla təltif olunacaqlar.

Xəbər lenti