2022-2023-cü tədris ilinin payız sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edən tələbələrin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan bildirilib ki, bu günə qədər 3708 nəfər TTK almaq üçün müraciət edib. Onlardan 989 nəfərin müraciəti natamam olub. 621 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 286 nəfərin müraciətinə imtina cavabı verilib, 619 nəfərin müraciəti isə banka yönləndirlib.
2022-2023-cü tədris ilinin payız sessiyası üzrə 1193 nəfərə TTK verilib. Onlar arasından 385 nəfərin müraciəti sosial TTK, 808 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.