Logo

Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibədə 30 nəfər uğur qazanıb

13.09.2022 15:39 404 baxış
IMG

İyirmi dövlət orqanında mövcud olan 73 vakant vəzifə üzrə avqustun 29-dan başlanan ümumi müsahibə davam edir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 324 nəfər müraciət edib. Bu gün saat 14:25-ə olan məlumata görə, 30 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsahibə sentyabrın 29-da başa çatacaq.

Xatırladaq ki, iyulun 13-də elan olunmuş ümumi müsahibəyə sənəd qəbulu avqustun 11-də yekunlaşıb.

Xəbər lenti