Logo

Şəhid xanımı universitetdə işlə təmin olundu - FOTO

13.09.2022 21:49 1096 baxış
IMG

Şəhid Aqil Məlikovun həyat yoldaşı Günel Məlikova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında işlə təmin olunub.

Tehsil.biz xəbər verir ki, bu barədə rektor Yusif Alıyev əmr imzalayıb.

Əmrə əsasən G.Məıikova filialın Pedaqoji fakültəsinin tyutoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, vəzifəsi tabur komandirinin müavini olan Aqil Niyaz oğlu Məlikov 27 sentyabr 2020-ci ildə Füzulinin Qaraxanbəyli kəndində silah yoldaşları ilə 3 kənd, 7 postu azad etdikdən sonra şəhid olub.

Günel Məlikova

Xəbər lenti