Ermənistanın genişmiqyaslı təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olanlar arasında Bakı Dövlət Universitetinin (BDU) məzunu Hüseynov Erkin Әdalәt oğlu da var.
Tehsil.biz xəbər verir ki, Erkin Hüseynov BDU-nun Sosial elmlər və psixologiya fakültəsini bitirib.
O, 2016-2020-ci illərdə Fəlsəfə ixtisası üzrə təhsil alıb.
Qeyd edək ki, şəhid Erkin Hüseynov Gəncədə dəfn olunacaq.