18 Sentyabr - Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər Mədəniyyət Nazirliyi tərəfindən təxirə salınıb.
Tehsil.biz xəbər verir ki, bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.
“Festivalın proqramında olunan dəyişikliklərə əsasən yalnız elmi-nəzəri konfrans, usta dərsləri və akademik musiqi tədbirləri saxlanılır.
Həmçinin teatr mövsümünün 150-ci yubiley mövsümünün açılışına həsr olunmuş təntənəli tədbirlər də təxirə salınır.
Allah şəhidlərimizə rəhmət eləsin!”, - məlumatda deyilir.