Logo

“Şuşa İli” çərçivəsində ADMİU-da beynəlxalq elmi konfrans təşkil ediləcək

14.09.2022 14:35 338 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) oktyabrın 28-də “Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirəcək.

Tehsil.biz xəbər verir ki, “Şuşa İli” çərçivəsində keçiriləcək konfransın işçi dilləri Azərbaycan, türk, ingilis və rus dilləridir.

Konfrans “Qarabağın itirilmiş mədəni irsinin geri qaytarılması problemləri”, “Mədəni irsin identifikasiyası, inventarlaşdırılması və rəqəmsallaşdırılması”, “Qeyri-maddi mədəni irsin aktuallaşdırılması”, “Mədəni irs – turizmin inkişafının potensial obyekti kimi”, “Mədəni irsin qorunmasının normativ-hüquqi mexanizmləri” bölmələri üzrə təşkil ediləcək.

Tədbir haqqında ətraflı məlumat ADMİU-nun saytında yerləşdirilib.

Xəbər lenti