Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulunun apellyasiya mərhələsi başlayıb.
Bu barədə "Tehsil.biz"ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, peşə təhsili müəssisələrinə qəbul və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Apellyasiya Komissiyası yaradılıb. Komissiya apellyasiya müraciətlərinə baxılması üçün sentyabrın 14-də və 15-də fəaliyyət göstərir. Qeyd edək ki, apellyasiyaya ilk iki mərhələdə uğursuz nəticə göstərən və ya ümumiyyətlə daha öncə müraciət etməyən şəxslər müraciət edə bilər. Daha öncə hər hansı peşə məktəbinə qəbul olan və sənədlərini təsdiq edən şəxslər bu mərhələdən ixtisas dəyişilməsi məqsədilə müraciət edə bilməzlər.
Ətraflı məlumat Peşə Təhsili üzrə Dövlət Agentliyinin saytında yerləşdirilib.