Logo

Tarix İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib

14.09.2022 20:34 545 baxış
IMG

Sentyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib.

İnstitutdan verilən məlumata görə, imtahan prosesi Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olaraq təşkil edilib.

Müvafiq ixtisaslar üzrə komissiya üzvləri imtahan prosesini izləyib. Xarici dil və fəlsəfə imtahanlarından uğurla keçən 7 nəfər iddiaçı “Vətən tarixi”, “Ümumi tarix”, “Beynəlxalq münasibətlər tarixi” ixtisasları üzrə təqdim olunan test tapşırıqlarını verilən vaxt ərzində həll ediblər.

İddiaçiların imtahan nəticələri komissiya üzvləri tərəfindən “yaxşı” və “əla” qiymətləndirilib.

Xəbər lenti