Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov yeni tədris ilinin başlaması münasibətilə paylaşım edib.
Tehsil.biz xəbər verir ki, paylaşımda deyilir:
"Mingəçevir Dövlət Universiteti ailəsinin dəyərli üzvləri!
Bu gün 2022/2023-cü tədris ilinə start veririk.
Bu münasibətlə Sizi ürəkdən təbrik edirəm.
İndiyə qədər əldə etdiyimiz bütün nailiyyətlərdə hər birinizin ayrıca payı vardır.
Əminəm ki, MDU-nun yenin dövrün universitetinə çevrilməsi yolunda növbəti nailiyyətlərə imza atacağımız yeni tədris ili hər biriniz üçün uğurlu olacaqdır.
MDU əməkdaşları və tələbələri bizim üçün dəyərdir.
Bu dəyəri gücləndirmək, qorumaq və MDU-nun uğurları üçün səfərbər etmək əsas missiyamızdır.
Universitetimizin auditoriyalarına tələbə statusunda ilk dəfə daxil olacaq tələbə dostlarımıza bir daha MDU ailəsinə xoş gəldiniz deyirəm.
Yeni tədris ilimiz mübarək olsun!"