Logo

İlk dərslər "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunub

15.09.2022 12:27 321 baxış
IMG

2022-2023-cü tədris ilində ümumi təhsil müəssisələrində 1 milyon 610 min şagird təhsil alacaq. Onlardan 152 minə yaxını birinci sinfə gedir.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Yeni tədris ilində məktəbəhazırlıq qruplarında isə 90 minə yaxın uşağın təhsilə cəlb olunacağı gözlənilir.

Qeyd edək ki, 2022-2023-cü tədris ilinin ilk dərsi "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunub.

Xəbər lenti