Bakı Dövlət Universitetində (BDU) ilk dərslər vətənpərvərlik mövzusuna həsr olunub.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib. Bildirilib ki, hazırda BDU-da bakalavriat pilləsi üzrə 20 min 273 tələbə təhsil alır.
Həmin tələbələrdən 6 min 930-u kişi, 13 min 343-ü qadındır. Tələbələrin 200-ə yaxını Vətən müharibəsi iştirakçısıdır.
Yeni tədris ilində BDU-ya 5415 tələbə qəbul olunub.
BDU-nun magistraturasında 1966 tələbə təhsil alır. Universitetdə qiyabi və əlavə təhsil alan tələbələrin sayı 1364 nəfərdir. BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 1050 tələbə, “Gənc istedadlar” liseyində 652 şagird təhsil alır.