Logo

Xəzər Universitetində fəlsəfə doktoru proqramı üzrə ixtisasdan qəbul imtahanı keçirilib

15.09.2022 13:33 474 baxış
IMG

Xəzər Universitetində doktoranturaya ixtisas fənnindən qəbul imtahanları keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, imtahanlarda xarici dil və fəlsəfə fənlərindən yüksək qiymətlər alaraq, növbəti mərhələdə iştirak hüququ qazanmış 14 iddiaçı iştirak edib.

İddiaçılar təhsilin təşkili və planlaşdırılması, ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi, ümumi psixologiya, beynəlxalq münasibətlər, german dilləri, nanotexnologiya və nanomateriallar, genetika və dünya ədəbiyyatı ixtisaslarından imtahan veriblər.

Xəbər lenti