Logo

Doktorantlar və gənc tədqiqatçılar üçün onlayn infosessiya təşkil olunub

15.09.2022 19:17 424 baxış
IMG

Doktorantların və gənc tədqiqatçıların XXV respublika elmi konfransı (NASCO) ilə bağlı yaranan sualları cavablandırmaq və ictimaiyyəti məlumatlandırmaq məqsədilə infosessiya keçirilib.

Bu barədə Təhsil İnstitutundan bildirilib.

Təhsil İnstitutunun təşkilatçılığı ilə noyabrın 23-24-də keçiriləcək respublika elmi konfransının əsas məqsədi doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.

Xəbər lenti