Logo

Xalq artisti Ənvər Həsənovun səhhəti normallaşdı

15.09.2022 19:36 326 baxış
IMG

Azərbaycan Xalq artisti, görkəmli kino aktyoru Ənvər Həsənovun vəziyyəti normaldır.

Bu barədə APA-ya aktyorun qızı məlumat verib.

Onun sözlərinə görə, aktyorun MRT müayinəsinin nəticələri qənaətbəxşdir.

“Allaha şükür ki, hematoma çıxmadı. Biz bundan qorxurduq. Sabah həkim müayinəsinə gedəcəyik. Yəqin ki, lazımi müalicəni yazar”, – qızı bildirib.

Xəbər lenti