Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təlim mühitinin və əməkdaşların sosial vəziyyəti yaxşılaşdırılır.
ADPU-dan bildirilib ki, son 6 il ərzində professor-müəllim heyətinin əməkhaqqında təxminən 34-43 faiz arası artım olub.
Hazırda əməkhaqqının mütəmadi artırılması, həmçinin maddi-texniki təchizatın yaxşılaşdırılması üçün tədbirlər davam etdirilir.