Logo

İnklüziv sinif təşkil edilən məktəblər şəbəkəsinin genişləndirilməsi üzrə layihənin ikinci mərhələsinə başlanılıb

15.09.2022 21:43 401 baxış
IMG

Təhsil İnstitutu Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə 2021-2022-ci tədris ilində həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsinin ikinci mərhələsinin icrasına başlayıb.

İnstitutdan bildirilib ki, cari tədris ilində 10 region üzrə inklüziv sinif təşkil edilən məktəblərin sayı 22-yə çatıb.

Layihənin məqsədi əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstək vermək, inklüziv təhsilin keyfiyyətini yüksəltmək və məktəblərdə kadr potensialını gücləndirməkdir.

Xəbər lenti