Logo

Dərs cədvəli lövhəsində səhvə yol verilib - AÇIQLAMA+FOTO

16.09.2022 10:46 1492 baxış
IMG

Xırdalan şəhərində yerləşən məktəblərin birində divara asılmış dərs cədvəli lövhəsində səhvə yol verilib. Belə ki, "dərs cədvəli" ifadəsindəki "D" hərfinin yazılışnda səhvə yol verilib.

Tehsil.biz xəbər verir ki, sosial şəbəkədə paylaşılan fotonun Xırdalandakı 1 saylı orta məktəbdə çəkildiyi qeyd olunub.

Məsələ ilə bağlı təhsil ocağımdan "Tehsil.biz"ə bildirilib ki, həmin hərflər cədvəlin ibtidai sinfin rus bölməsinə aid olduğunu göstərir:

"Yəqin ki, bunu rusdilli dərs hissə müdiri qeyd edib. Bu cədvəl keçən ilə məxsusdur. Bunu tərtib edən diqqət etməlidir ki, gördüyü işə kimsə irad tutmasın. Hər bir halda çalışarıq ki, xəta aradan qaldırılsın. Bu cədvəli kimin tərtib etdiyi də araşdırılacaq".

Xəbər lenti