Logo

Rektordan böyük addım: kimsəsiz tələbənin təhsilhaqlarını öz üzərinə götürdü

16.09.2022 11:46 527 baxış
IMG

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) Sosial iş fakultəsinə qəbul olan kimsəsiz tələbə təhsilhaqqından azad olunub.

Tehsil.biz xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin Sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə paylaşım edib.

O, böyük bir ödənişlə baş-başa qaldıqlarını bildirib:

"Akademiyanın rektoru Hüseyn Qaraşovla görüşüb vəziyyəti anlatdım. Hamı bilir ki, valideyn himayəsindən məhrum olan uşaqların, məcburi köçkün ailələrindən olan uşaqların müəyyən imtiyazları var. Amma bizə sığınmış bu balamız imtiyazlara düşmürdü. Ona imtiyazı çox hörmətli Hüseyn müəllim etdi".

K.Ağazadə sözügedən tələbənin təhsil haqqından azad olunduğunu, həmçinin nahar yeməyi, eləcə də stipendiya ilə təmin olunacağının bildirildiyini qeyd edib.

Xəbər lenti