Logo

Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul elan edilir

16.09.2022 13:40 277 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir.

İdarədən "Tehsil.biz"ə verilən məlumata görə, qeyd edilən vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər sentyabrın 17-dən anket.edu.az portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat prosesi sentyabrın 27-si saat 18:00-da başa çatacaq.

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcək.

Test imtahan nəticəsi məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Qeyd edək ki, elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Xəbər lenti