Azərbaycan Dillər Universitetinin (ADU) ECL İmtahan Mərkəzində alman dilinin B1 səviyyəsi üzrə beynəlxalq imtahanlar üçün qeydiyyat aparılır.
ADU-dan bildirilib ki, qeydiyyat noyabrın 3-dək davam edəcək. İmtahanlar Təhsil 2 fakültəsinin nəzdində Xarici dillər kafedrasının müdiri dosent Aida Sobor və Beynəlxalq münasibətlər fakültəsinin nəzdində Xarici dillər kafedrasının dosenti Qönçə Abdulrəhimova tərəfindən koordinasiya ediləcək.
İmtahanlardan uğurla keçən şəxslərə beynəlxalq sertifikat veriləcək.