Almaniyanın Siegen Universitetində “Non-Erasmus” mübadilə proqramına sənəd qəbul olunur.
Tehsil.biz xəbər verir ki, proqram çərçivəsində Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) tələbələri 2022-2023-ci tədris ilinin yaz semestrində xaricdə təhsillərini davam edə bilərlər.
Proqramının şərtlərinə əsasən, xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar. Universitetlər üzrə ayrılmış yerlərin say məhdudiyyətini nəzərə alaraq, müraciət çox olunan zaman müsabiqə keçiriləcək.