Logo

Rus bölmələri ilə bağlı YENİLİK

16.09.2022 17:51 427 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, 2022-2023-cü tədris ilində ölkənin 20 ümumi təhsil müəssisəsinin tədris digər dillərdə aparılan bölmələrinin V siniflərində Azərbaycan tarixi fənni dövlət dilində tədris ediləcək.

Bu barədə "Tehsil.biz"in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi istifadəsi və tətbiqi imkanlarının genişləndirilməsi, digər dillərdə təhsil alanların dövlət dili kimi Azərbaycan dilinə, Azərbaycanın tarixinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədi daşıyır.

Cari ildə 20 məktəbdə pilotun nəticələri təhlil edildikdən sonra növbəti il üçün qərar qəbul ediləcək.

Xəbər lenti