Logo

Peyvənd olunanların sayı açıqlanıb

16.09.2022 18:45 270 baxış
IMG

Azərbaycanda son gündə koronavirus əleyhinə 945 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 252, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 135, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 478, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 80 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 879 425 təşkil edir.

Xəbər lenti