Logo

UNEC-in tələbələri şəhid Səbuhi Əhmədovun məzarını ziyarət ediblər

16.09.2022 19:07 376 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev və fəal tələbələr II Fəxri xiyabanda şəhid Səbuhi Əhmədovun məzarını ziyarət edərək, məzarı önünə gül dəstələri düzüblər, əziz xatirəsini ehtiramla yad ediblər.

Bu barədə UNEC-dən məlumat verilib.

Qeyd edək ki, Bakı SOS Uşaq kəndində böyümüş, UNEC-in nəzdində olan Bakı Qida Sənayesi Kollecinin məzunu, şəhid Səbuhi Əhmədov sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısının alınması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Xəbər lenti