Logo

Şuşa şəhərindəki tarix və mədəniyyət abidələrinin monitorinqinin keçirilməsi qaydası təsdiqlənib

16.09.2022 22:22 367 baxış
IMG

“Şuşa şəhəri ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin monitorinqinin keçirilməsi Qaydası” təsdiqlənib.

Tehsil.biz xəbər verir ki, sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Qərar “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanununun tətbiqi barədə” fərmanın icrasının təmin olunması məqsədilə qəbul edilib.

Bu qərarla təsdiq edilmiş müqavilə forması ilə Şuşa şəhərinin ərazisində mülkiyyətində, istifadəsində və icarəsində abidələrin olduğu fiziki və hüquqi şəxslərlə abidələrin qorunması məqsədilə bağlanılan mühafizə müqaviləsinin şərtləri və müqavilənin şərtlərinə əməl olunmadığı təqdirdə görüləcək tədbirlər müəyyən edilib.

Xəbər lenti