Müxtəlif sosial şəbəkələrdə və media saytlarında məlumat paylaşılan uzun müddət təhsildən kənar qalmış Astara rayon Unuz kənd sakini 2010-cu il təvəllüdlü Eyvazov Amid Nəzərəli oğlu və onun yaşca böyük bacı və qardaşları təhsilə cəlb edilib.
Bu barədə "Tehsil.biz"ə Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Unuz kəndində və həmin kəndə yaxın məsafədə məktəbin olmaması uzun müddət Eyvazov Amidin təhsildən kənar qalmasına səbəb olub.
2022/2023-cü tədris ilində Eyvazov Amid Nəzərəli oğlu Züngüləş kənd ümumi orta məktəbinə fərdi qaydada 1-ci sinifə cəlb edilib. İlk dərs günü Eyvazov Amid dərsliklərlə və məktəb ləvazimatları ilə təmin olunub.