Logo

Məktəbli şahmatçılar Avropa çempionatında yüksək nəticə əldə edib

22.09.2020 14:46 805 baxış

18-20 sentyabr tarixlərində  şahmat üzrə onlayn formatda Avropa çempionatı keçirilib.

Avropa Şahmat Birliyinin təşkilatçılığı ilə keçirilən və 40 ölkədən 750-ə yaxın şahmatçının qatıldığı çempionatda məktəblilərimiz uğurlu nəticə göstəriblər.

Belə ki, şahmatın rapid növü üzrə 18 yaşadək qızların mübarizəsində Təhsil Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Ləman Hacıyeva 9 oyundan 7 xalla III yerə, 16 yaşadək oğlanların mübarizəsində “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Əhməd Əhmədzadə IV yerə layiq görülüb.

Qeyd edək ki, Avropa Şahmat Birliyi tərəfindən gənclər arasında təşkil olunan çempionat 4 yaş qrupu üzrə 8 kateqoriyada (12, 14, 16, 18 yaşadək oğlanlar və qızlar) keçirilib. Onlayn formatda 25 dəqiqə + 10 saniyə/hər gedişə - nəzarət vaxtı ilə təşkil olunan yarış yerli federasiyaların müəyyən etdiyi oyun zonalarında hakim və kamera nəzarəti altında baş tutub.

Xəbər lenti