Təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi sentyabrın 19-dək davam edəcək.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən verilən məlumata görə, müddətli müqavilə ilə işə qəbul üçün vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər.
Vakansiya seçimində iştirak etmək istəyən namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Vakansiya seçimində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlərin iştirak hüququ var.