Logo

AƏSMA-ya qəbul olan tələbələr və onların valideynləri ilə görüş keçirilib - FOTOLAR

17.09.2022 14:25 508 baxış
IMG

15 sentyabrda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında I tədris ili tələbələri və onların valideynləri ilə görüş keçirilib. Görüş karantin qaydalarına tam əməl olunmaqla həyata keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə öncəliklə torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Akademiyanın rektoru professor Hüseyn Qaraşov görüşü açaraq, tələbə adını qazanmış gəncləri təbrik edib, onlara bu təhsil ocağının tarixi haqqında məlumat verib. Tələbələrin və valideynlərin maraqlandığı suallara ətraflı cavab verilib.

Görüşün sonunda  tələbələr fakültələrlə, kafedralarla və kitabxana ilə tanış olublar.

Xəbər lenti