Logo

UFAZ-da yerli müəllimlərin peşəkarlığının artırılması istiqamətində təşəbbüslər müzakirə edilib

17.09.2022 15:49 458 baxış
IMG

Azərbaycan-Fransız Universitetində (UFAZ) təhsil müəssisəsinin rəhbərliyi ilə pedaqoji kollektiv arasında görüş olub.

Bu barədə "Tehsil.biz"ə UFAZ-dan məlumat verilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.

Görüşdə UFAZ-ın direktoru dosent Vazeh Əskərov universitetdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən layihələrdən danışıb. UFAZ-ın baş katibi Yelizaveta Bıdanova universiteti gözləyən yeni çağırışları diqqətə çatdırıb.

Yerli müəllimlərin peşəkarlığının artırılması istiqamətində təşəbbüslər müzakirə olunub.

Xatırladaq ki, bu il UFAZ-da ümumilikdə 685 tələbə təhsil alır. Universitetdə il ərzində 120 nəfərdən çox dəvət olunan professor və müəllim tədris prosesinə qoşulacaq.

Xəbər lenti